2020-ci ilin yanvarında iranlı general Qasim Süleymaninin öldürülməsi ilə bağlı İsraildən etirafedici bəyanat gəlib.
SÜLH.İNFO.az Unikal.org-a istinadənxəbər verir ki, İsrailin keçmiş Hərbi Kəşfiyyat rəisi Tamir Heyman sözlərinə görə, Süleymaninin ölümü ilə nəticələnən Amerika hava hücumunda İsrailin rolu olub. Beləliklə, əməliyyatda İsrailin əli olduğu ilk dəfə ictimaiyyətlə paylaşılıb.
Keçmiş rəis həmçinin, bu sui-qəsdi uğur kimi qiymətləndirib: "Süleymaniyə sui-qəsd uğurla yerinə yetirildi. Çünki bizim əsas düşmənlərimiz iranlılardır".
O, Süleymaninin öldürülməsindən başqa sui-qəsdlə bağlı təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, İran generalı Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanında ABŞ-ın hava hücumu nəticəsində həlak olub.
Bildirilir ki, Süleymaninin Dəməşqdən Bağdada uçuşunun təfərrüatlarının təsdiqlənməsinə İsrail kəşfiyyatının kömək etdiyi yazılıb.