ABŞ-ın Çikaqo şəhərində Azərbaycan vətəndaşı Qurban Yalçın oğlu Bağırovun qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
SÜLH.İNFO.az Baku.vs-yə istinadən xəbər verir ki, hadisə azərbaycanlı gəncin avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı qeydə alınıb.
Belə ki, mübahisə zəminində naməlum şəxs Qurban Bağırova atəş açaraq onu qətlə yetirib.
Yaxınlarının verdiyi məlumata görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı gənc daha sonra çalışmağa başlayıb. İki ay sonra evlənmək üçün Azərbaycana qayıtmağa hazırlaşan Qurban Bağırov ötən gün güllələnib.