Xəbər verdiyimiz kimi, dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.
SÜLH.İNFO.az xəbər verir ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.
Görüşdə Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan nümayəndəsi, saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib.