Avropa İttifaqı (Aİ) Türkiyədəki miqrantların ehtiyacları üçün 560 milyon avro ayırmağa qərar verib.
SÜLH.İNFO.az xarici mətbuata istinadən xəbər verir ki, maliyyə qurumun 2021-ci ilin iyununda suriyalı qaçqınları dəstəkləmək üçün Türkiyəyə vəd etdiyi 3 milyard avroluq əlavə yardım paketinin bir hissəsi kimi təmin ediləcək.
Vəsaitlər təhsil xərclərinin ödənilməsinə, miqrasiya və sərhəd idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəldiləcək.
Eyni zamanda, bu məbləğin 530 milyonu qaçqınların təhsil xərclərini ödəmək üçün nəzərdə tutulub. Bundan əlavə, təxminən 700 000 qaçqın uşağın məktəbə çıxışını təmin etmək üçün maliyyə dəstəyi veriləcək.