Gürcüstan müxalifəti eks-prezident Mixail Saakaşvilinin azad edilməsi üçün kütləvi aclığa başlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliya Tiflisdə aksiyada çıxışı zamanı deyib.
“Dostlarla, xeyli insanla kütləvi aclığa başlayırıq. Əminəm ki, nəticəsi gözləniləndən də çox olacaq. Saakaşvilinin azadlığı üçün yeni mərhələyə, aclıq aksiyası ilə yeni kütləvi etirazlara başlayrıq”, - deyə Meliya bildirib.