23-24 dekabr tarixlərində paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) hava şəraitinin dəyişməsi ilə bağlı sürücü və sərnişinlərə müraciətində bildirilib.
“Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.