​İlin sonunda hansı sənədlər imzalanacaq? Moskva görüşü

​İlin sonunda hansı sənədlər imzalanacaq?
10:45 22.12.2021
293 Siyasət
A- A+

Ermənistan mediası Əliyevlə Paşinyanın ilin sonuna kimi Moskvada görüşə biləcəyini yazır. Görüşün mümkünlüyü həm də Soçi razılaşmasının praktiki mərhələyə keçirilməsi baxımından gözləniləndir.

 SÜLH.İNFO.az xəbər verir ki, Soçidə sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olundu. Kommunikasiya ilə bağlı İrəvanın etirazı prosesi Brüsselə qədər daşıdı və Avropa masasında bu məsələ ətrafında fikir ayrılığı, nəzəri baxımdan olsa da, aradan qalxdı.

İrəvan Zəngəzur dəhlizinə post quracağını deyir, Bakı əvəzində Laçın dəhlizində eyni rejimi tətbiq edəcəyini açıqlayıb, Moskva bu məsələdə susur. İstisna deyil ki, Zəngəzur dəhlizi boyunca dəmir yolu və avtomobil yolunun inşasına qədər “dəhliz, yoxsa yol” prinsipi açıq saxlanılsın. Bu, indiki halda bölgədə bütün tərəflərə sərf edir, çünki hazırda kommunikasiyanın bərpasında hər kəs maraqlıdır.

Moskva görüşü ilə bağlı iddiada diqqətçəkən məqam geniş tərkibdə ola biləcəyinə dairdir: müdafiə nazirləri, Üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunur.

Belə bir tərkibdə mümkün görüşün olması Moskva masasından ciddi gözləntilər yaradır:

1. Sərhədlə bağlı razılaşmada praktiki addım atıla bilər: müdafiə nazirlərinin iştirakı delimitasiya müqaviləsinin imzalana biləcəyi ehtimalını önə çıxarır; Soçidə sərhədin delimitasiyası, ardınca demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı, bu o deməkdir ki, delimitasiya – sərhədin xəritə üzərində çəkilməsi Rusiyanın iştirakı ilə həyata keçiriləcək və delimitasiya müqaviləsi imzalanacaq; demarkasiya üzrə yaradılacaq ikitərəfli komissiya delimitasiya müqaviləsi əsasında sərhədi çəkəcək;