Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
SÜLH.İNFO.az fərmanın mətnini təqdim edir:
1. 2021-ci il sentyabrın 22-də Nyu York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 454; 2009, № 8, maddə 617; 2016, № 8, maddə 1382) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu” təsdiq edilsin.
3. “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi” təsdiq edilsin.
4. “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.
2. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu” təsdiq edilsin.
3. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi” təsdiq edilsin.
4. “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilsin.
5. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.