​“Media haqqında” Qanun layihəsi ilə bağlı növbəti müzakirə keçirildi

​“Media haqqında” Qanun layihəsi ilə bağlı növbəti
23:40 22.12.2021
291 Toplum
A- A+
22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.
 
SÜLH.İNFO.az  xəbər verir ki, müzakirədə millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.
 
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırmış, rəy və təkliflərə münasibətlərini bildiriblər.
 
“Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.