​Axtarışda olan azərbaycanlı Rusiyadan ekstradisiya edildi

​Axtarışda olan azərbaycanlı Rusiyadan ekstradisiya edildi
11:45 23.12.2021
352 Ölkə
A- A+

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Sədi Həsən oğlu Nəciməddinovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə SÜLH.İNFO.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sədi Nəcimətdinovun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Baş Prokurorluğun İstintaq idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

 

Sədi Nəciməddinov Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilib.

22.12.2021-ci il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəciməddinov Rusiyadan Azərbaycana gətirilib.