Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiq edib.
SÜLH.İNFO.az xəbər verir ki, qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.
Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.