​Putin “müharibə olmayacaq” demədi: Nə baş verir?

​Putin “müharibə olmayacaq” demədi:
09:30 24.12.2021
346 Dünya
A- A+

Rusiya lideri Vladimir Putin bugünkü ənənəvi illik mətbuat konfransında çoxsaylı sualların heç birində “Rusiya Ukraynaya müdaxilə etməyəcək”, “müharibə olmayacaq” fikrini səsləndirmədi.

SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Putin Qərbə qarşı “ən yaxşı müdafiə hücumdur” strategiyasından çıxış edir:

 

“Putinin məntiqi aydındır: Ukrayna NATO üzvlüyünə qəbul olunarsa və ya Ukraynada ABŞ hərbi bazaları peyda olarsa, bu Rusiyanın qonşu ölkəyə müdaxiləsi üçün əsas olacaq.

Görünür, müharibə qaçılmazdır, necə deyərlər, “düyməyə basılıb, geriyə yol yoxdur”.