Yazdan əvvəl çox sürətli dəyişikliyin şahidi olacağıq. Güvən gəldi, nüfuzumuz yetərlidir, gələcəyə baxışımız aydındır. Türkiyənin hər sahədə təcrübəsi var. Beləliklə, bu yazdan biz sürətli bir transformasiya görəcəyik.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati "Dolların ucuzlaşması davam edəcəkmi" sualını cavablandırarkən deyib.
"Biz elə bir tədbir görmüşük ki, fiziki şəxslərin dollar, avro, funt-sterlinq borcunun olması mümkün deyil", - nazir qeyd edib.