​Alimlərdən "omicron" haqda açıqlama Maraqlı

​Alimlərdən
10:59 24.12.2021
A- A+

Koronavirusun "omicron" ştammına yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə ehtimalı "delta" variantına yoluxanlara nisbətən 70 faiz azdır.

SÜLH.İNFO.az  Trend-ə istinadən bildirir ki, bu qənaətə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində gəlib.

Bununla belə, bildirilir ki, hazırda "omicron"a yoluxanların xəstəxanalarda az olması səbəbindən araşdırmalar ilkin xarakter daşıyır.

Həmçinin, peyvənddən sonra son ştamma qarşı qoruyuculuğun daha aşağı olduğu təsdiqini tapıb. Belə ki, buster dozadan sonra qoruyuculuq artsa da, peyvəndin təsiri 10 həftədən sonra daha sürətlə, təxminən 15-25 faiz azalır.