44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi qarşımıza yeni gündəm, yeni hədəflər qoyub.
SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
“Həmin hədəflərdən biri rəqəmsal transformasiyaya nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə Bu günə qədər mobil internet şəbəkəsinin 52% bərpasına nail olunub. Bu çox böyük göstəricidit. Əgər 1998-ci ildən etibarən baxsaq, yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni (işğal olunmuş ərazilər istisna olmaqla) 95% təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə 52%-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, - deyə o qeyd edib.