​Yaponiya da boykota qoşuldu

​Yaponiya da boykota
13:20 24.12.2021
334 Dünya
A- A+

ABŞ və Böyük Britaniyanın Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarından sonra Yaponiya hökuməti də öz yanaşmasını açıqlayıb.

SÜLH.İNFO.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Matsuno Hirokazu hökuməti təmsil etmək üçün Pekin-2022 Qış Olimpiya Oyunlarına heç bir kabinet üzvünün göndərilməyəcəyini bildirib.

 

Matsuno diplomatik boykot edib-etmədikləri ilə bağlı suala, “biz necə iştirak etdiyimizi təsvir etmək üçün xüsusi bir termin və ya ifadə işlətmirik” deyə cavab verib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.