Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Moskvada ilk görüşü keçirilib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüş zamanı iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.
“Dekabrın 23 və 24-də Moskvada Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.