Xəzər dənizində zəlzələ olub.
Bu barədə SÜLH.İNFO.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, noyabrın 30-dan bu günədək Xəzər dənizində qeydə alınan 3-cü zəlzələdir.