​Son iki ildə Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb

​Son iki ildə Azərbaycanda qeydə alınan intiharların sayı
11:19 25.12.2021
512 Hadisə
A- A+

Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb.

SÜLH.İNFO.az  xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.

Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub: “Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib".

Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.