​Qapının açıq olduğunu görüb evə girdi, quldurluq etdi

​Qapının açıq olduğunu görüb evə girdi,
12:30 25.12.2021
557 Hadisə
A- A+

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dekabrın 21-də Bakı şəhər sakini C.Əliyevin tanışı, Sabirabad rayon sakini S.Şahbazova ilə birlikdə yaşadığı mənzildə olarkən açıq qalmış qapıdan girən 2 nəfərin onun qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirərək 120 manat pulunu və mobil telefonunu götürüb həmin qadınla birgə getmələri barədə məlumat daxil olmuşdur. 

DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanmışdır. 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.