​"Taliban" hökuməti avtomobillərdə musiqi səsləndirilməsinə qadağa qoyub

​
15:40 25.12.2021
485 Dünya
A- A+

Əfqanıstanda "Taliban" hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

SÜLH.İNFO.az “Kabul News”a istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının yaratdığı Fəzilətin Təşviqi və Əxlaqsılığın Kökünün Kəsilməsi Nazirliyi sürücülərə yazılı tövsiyə göndərib.

Bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən “Taliban” qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.