​Vətəndaşdan ov tüfəngini və avtomat güllələrini polisə təhvil verdi

​Vətəndaşdan ov tüfəngini və avtomat güllələrini polisə
15:59 25.12.2021
648 Hadisə
A- A+

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, şəhər sakini Rasim Musayev müraciət edərək müvafiq sənədləri olmayan ov tüfəngini və avtomat silahına məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.