​Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır? ABŞ razıdır?

​Putin dünyanı bölməyi təklif etdi: ABŞ razıdır?
09:59 27.12.2021
342 Dünya
A- A+

ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanlar var.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:

 

“Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər - red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir”.

Zaqorodnyuk vurğulayıb ki, "qırmızı xətlər" daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq:

"Rusiya Ukraynanı "İkinci Belarus"a çevirmək istəyir".