Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.
SÜLH.İNFO.az xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdiabad yolunda qeydə alınıb.
Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Cəmaləddin Şahlar oğlu Vəliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Ramin Sabir oğlu Vəliyevin idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.