Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun işi üzrə məhkəmə istintaqı sona çatıb.
SÜLH.İNFO.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti iclas dekabrın 29-na təyin olunub.
Eldar Həsənov 2001-ci il martın 28-dən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib.
2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Eldar Həsənova maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması üzrə ittihamlar irəli sürülüb.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.