​İlham Əliyevdən sabiq prezidentin ölümü ilə bağlı başsağlığı

​İlham Əliyevdən sabiq prezidentin ölümü ilə bağlı
18:30 27.12.2021
382 Siyasət
A- A+

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib.

SÜLH.İNFO.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm”.