Sabah bəzi rayonlarda qazın verilişi dayandırılacaq.
SÜLH.İNFO.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə dekabrın 28-i saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq. Təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.