​Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü ETİRAF ETDİ

​Köçəryan müxalifətin reytinqinin aşağı düşdüyünü
22:15 27.12.2021
474 Dünya
A- A+

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hesab edir ki, müxalifətin reytinqi aşağı düşüb.

“Biz sadəcə düşünürük və ümid edirik ki, reytinqimiz bərpa oluna bilər, lakin belə bir eniş şəraitində hakimiyyətin reytinqi bərpa oluna bilməz”, - Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

SÜLH.İNFO.az-ın məlumatına görə, Robert Köçəryan  Ermənistanda müxalifət mövqeyi ilə xalqı küçələrə çıxarmağa qadir olan digər siyasi qüvvələrin formalaşmasını alqışlayacağını vurğulayıb.

“Əgər kimsə bu işdə bizdən yaxşı bacararsa, biz onun yanında olmağa, bütün imkanlarımızla dəstəkləməyə hazırıq”, - Ermənistanın ikinci prezidenti qeyd edib.