​Ukrayna “Bayraktar” istehsalına başladı

​Ukrayna “Bayraktar” istehsalına
22:45 27.12.2021
289 Dünya
A- A+

Ukrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ölkə daxilində istehsalına başlayıb.

SÜLH.İNFO.az “Focus” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Biz Türkiyə ilə əməkdaşlığımızı genişləndiririk. Hər şey “Bayraktarların” tədarükü ilə başladı, indi isə onların Ukraynada istehsalına başlanılıb”, - deyə Ermak bildirib.

O, Türkiyənin “Bayraktar” dronların üçün mühərriklərin də Ukraynada istehsal olunduğunu vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib ki, Ukrayna-Türkiyə zavodu “Anka” tipli reaktiv pilotsuz uçuş aparatlarının (PUA) yaradılmasına başlayacaq.