Təhsil Nazirliyi koronavirusa yoluxan tələbələrin imtahanlara hansı qaydada cəlb olunacağı məsələsinə aydınlıq gətirib.
SÜLH.İNFO.az Trend-ə istinadən xəbər verir ki, bu, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili" qaydalarında əksini tapıb.
Belə ki, üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir.