​İsrail rus bazası yaxınlığındakı limanı vurdu

​İsrail rus bazası yaxınlığındakı
09:40 28.12.2021
557 Siyasət
A- A+

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına aviazərbələr endirib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

“Bu gün saat 3:21-də (Bakı vaxtı ilə saat 5:21) İsrail Aralıq dənizindən Latakiya şəhərinin qərbindəki ticarət limanının konteyner meydanına havadan raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.

Zərbələrdən sonra ərazidə yanğın başlayıb, böyük ölçüdə maddi ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, Latakiya limanı Rusiyanın Hmeymim hərbi bazasının yaxınlığında yerləşir.