Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.
SÜLH.İNFO.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Report-a şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səslərinin eşidildiyi bildirilib.
"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.