​Karqo şirkətlərinin fırıldağı: nəzarət necə aparılır?

​Karqo şirkətlərinin fırıldağı:
11:59 28.12.2021
388 Toplum
A- A+

Yeni il ərəfəsində karqo vasitəsi ilə alınan məhsulların sayı çoxalıb. Bu artım problemləri də bərabərində gətirir. Bir çox vətəndaş məhsulunun başqa sifarişçinin məhsulu ilə qarışıq düşməsindən, gömrükdəki gecikmələrdən, məhsulun keyfiyyətsiz olmasından şikayət edir. Yalançı reklamlarla özlərinə müştəri cəlb edib vətəndaşları aldadan karqo şirkətlərinə nəzarət necə aparılır?

Bu barədə SÜLH.İNFO.az-a açıqlama verən Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin şöbə müdiri Roman Qaraşov bildirib ki, şikayətlərin çoxluğunu nəzərə alaraq, ötən aylarda daşıma şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.

“Məhsulların çatdırılma müddəti ilə bağlı istehlakçıya doğru-düzgün məlumat verilmir. Şirkətlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Vətəndaşlar hər hansı problemlə üzləşdikdə xidmətimizə müraciət edirlər. Müraciətlər qanunvericilik çərçivəsində araşdırılır və istehlakçılara cavab məktubları ünvanlanır”, - şöbə müdiri deyib.

 

R.Qaraşov qeyd edib ki, bu problemlərlə bağlı qanunvericilikdə dəyişik olunmalıdır:

“Dövlət xidmətində artıq işçi qrupu formalaşdırılıb. Məhz istehlakçı hüquqları prizmasından qüvvədə olan qanunvericilik aktlarının təhlili, yeni qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır. Çatdırılan məhsulların qüsurlu olub-olmaması barədə məsələnin araşdırılmasında müəyyən çətinliklər var. Hesab edirik, bu sahədə qanunvericilik aktlarına dəyişiklik edilməlidir”.