ABŞ Prezidenti Co Bayden müdafiə xərclərinə 768 milyard dollar ayırmağa icazə verən Milli Müdafiə Səlahiyyətləri Aktını (NDAA) təsdiqləyib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Erməni və yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu Cersi senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin Türkiyənin silahlı pilotsuz uçuş aparatı (SİHA) proqramını yaxından izləmək və Azərbaycana yardımların dayandırılmasının qarşısını alan qərarın ləğvini nəzərdə tutan layihələri də Milli Müdafiə Səlahiyyət Aktına (NDAA) daxil edilib.
Bob Menendez bu layihəni bu ilin may ayında irəli sürmüşdü.