Tibbi maska ilə bağlı qərarda yumşalma nəzərdə tutulmur.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Əlləri yumaq, maska taxmaq, sosial məsafəni qorumaq vaksin olunanda belə əhəmiyyətini itirmir. Bu qaydalara əməl etmək vacibdir”, - Ş. Mövsümov vurğulayıb.