Polis əməkdaşını döydüyü üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eldəniz Quliyev zərərçəkmiş şəxslə barışıb.
SÜLH.İNFO.az-ın Musavat.com-a istinadən məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyev onu döyən sabiq deputat Eldəniz Səlimovu bağışlayıb.
Tərəflər barışdığı üçün məhkəmə bunu cəza təyin edən zaman yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimov polis leytenantı Zaur Mirzəyevin xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Bundan sonra Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Hökm qanuni qüvvəyə mindikdən sonra onun deputat səlahiyyətlərinə də xitam veriləcək.