​KİV: "Gürcüstanın XİN başçısı dəyişir"

​KİV:
09:59 29.12.2021
229 Dünya
A- A+

Gürcüstanın xarici işlər naziri David Zalkaliani gələn ayın ortalarında vəzifəsini tərk edəcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə yerli “Front News” nəşri yazıb.

Bildirilib ki, XİN vəzifəsinə parlamentin keçmiş sədri Kaxa Kuçava təyin olunacaq.

Nəşrin məlumatına əsasən, D.Zalkaliani Gürcüstanın ABŞ-da səfiri təyin olunacaq. Onun təyinatı haqqında aqremanın artıq Vaşinqtona göndərildiyi və razılığın alındığı qeyd edilib.

Səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstanın ABŞ-dakı hazırkı səfiri David Bakradzenin isə fəaliyyətini beynəlxalq təşkilatların birində davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, D.Zalkaliani 2018-ci ilin iyun ayından Gürcüstan XİN-ə rəhbərlik edir. O həmçinin bu ilin fevralından Baş nazirin müavinidir.