Kürdəmirdə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vurğun Mehtiyevin məhkəməsi başlayır.
SÜLH.İNFO.az-ın xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 30-da Kürdəmirin Dayıkazımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.