​Aİ Ukraynada hərbi məsləhət və təlim missiyasına dair təkliflərlə çıxış edəcək

​Aİ Ukraynada hərbi məsləhət və təlim missiyasına dair təkliflərlə
11:20 29.12.2021
317 Dünya
A- A+

“Avropa İttifaqı (Aİ) tezliklə Ukraynada bu qurumun hərbi məsləhət və təlim missiyası ilə bağlı təkliflərlə çıxış edəcək”.

SÜLH.İNFO.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel Almaniyanın “Velt” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Aİ artıq Ukraynanın ehtiyacları, yardımın konkret variantlarını, missiya iştirakçılarını təxmini olaraq müəyyənləşdirib.

Cozef Borel bildirib ki, Aİ Ukraynaya ciddi maliyyə yardımı göstərib: “Biz ticarəti və iqtisadi əlaqələrimizi gücləndiririk. Məsələn, ötən həftə Ukraynaya dəstək üçün daha 31 milyon avro ayırmaq barədə qərar verdik. Bu, logistik potensialın gücləndirilməsi və kiberhücumlarla mübarizəyə şərait yaradacaq", - diplomat vurğulayıb.