Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib. Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirlərdə hər hansı risk gözlənilmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq", - deyə o, qeyd edib.