Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərindən zərər çəkən ölkələrdəndir. Bu da şoranlaşma ilə bağlı müəyyən problemlərə səbəb olur.
SÜLH.İNFO.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavininin sözlərinə görə, qabaqlayıcı tədbirlər görülməlidir: "Torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün ağaclar əkilməlidir. İftar suvarma və yağıntının miqdarının az olması bu problemə səbəblər arasındadır. Aidiyyəti qurumlar bununla bağlı lazımi addımlar atılmalıdır".