Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır.
SÜLH.İNFO.az Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Biz artıq elan etmişik ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisinə hazırlıq işlərinə başlayırıq", - Paşinyan bildirib.Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib.