Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti uzadılıb.
SÜLH.İNFO.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tibb işçilərinin əmək haqlarına verilən əlavənin müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.