Hər gün bir milyondan çox insan 2, 3, bəzən 4 saat tıxacda qalır. Əvvəllər Bakıda “pik saatı” olurdu. Bilinirdi ki, səhər və ya axşam tıxaclar olur. İndi belə anlayış yoxdur. İstənilən saatda tıxacda qalırsan. Bunun səbəbi doğru idarəetmənin olmaması ilə bağlıdır. Məncə, bu işlə məşğul olan qurumlar 2022-ci ildə məsələni necə həll edəcəyinə dair məlumat verməlidir.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, indi intellektual idarəetmə yaratmaq əvəzinə primitiv cərimə yığma mövcuddur:
“Nə dayanacaq, nə park, nə də ictimai nəqliyyatın alternativləri yaradıldı. Nəticədə ictimai nəqliyyatı inkişaf etdirə bilmədik. Bir məmur səhər saat 09:00-da işdə olmalıdırsa, ən yaxşı halda 07:00-da yola çıxmalıdır. Çünki işə necə gedəcəyini bilmir. Hesab edirəm ki, bu problem həll olunmalıdır”.