Koronavirusun Omikron ştammı insanların beynini dumanlandırır.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə İngiltərənin “Eksperss” nəşri yazıb.
Nəşrin məlumatına görə, yeni ştamma yoluxduqda öskürək, qızdırma, dadbilmə və qoxunun itməsi kimi ənənəvi simptomlar görünməyə bilər. Çünki Londonda Omikron ştammına yoluxanların yarısında bu simptomlar qeydə alınmayıb.
Amma bununla yanaşı xəstələrdə beyin dumanlanması adı verilən, ləng, qeyri-müəyyən və qeyri-səlis düşüncə də daxil olmaqla digər simptomlar aşkarlanır.
“Görünür, koronavirus beynimiz və digər orqanlarımız da daxil olmaqla, bədənimizin müxtəlif sistemlərinə də təsir göstərir”, - həkim Endryu Badson qəzetə açıqlamasında deyib.
Onun sözlərinə görə, ağciyərlərin, ürəyin, böyrək və digər orqanların zədələnməsi beyinin funksiyasının pozulmasına səbəb ola bilər.