Hindistan və Pakistan iki ölkənin nüvə obyektləri və məhbuslarının siyahısını mübadilə ediblər.
SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, nüvə obyektlərinin siyahısının mübadiləsi onlara hücumların qarşısını almaq üçün 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. Bu da regionda təhlükəsizliyin qorunmasında ən mühüm tədbirlərdən biri hesab olunur. Belə sənədlərin ilk mübadiləsi 1992-ci il yanvarın 1-də baş tutub.
Məhbusların mübadiləsi isə 2008-ci il razılaşmasına uyğun olaraq həyata keçirilib.