İraq ordusu bu il ərzində müasir hava hücumundan müdafiə sistemini təqdim edəcək.
SÜLH.İNFO.az xəbər verir ki, bunu İraq ordusunun general-leytenantı Muin əs-Səidi deyib.
“İraq ordusu hazırda müasir radar sisteminə sahibdir. Hava məkanımız radar aşkarlama sisteminin mövcud imkanları çərçivəsində tam şəkildə qorunur. İndiyədək İraq səmasını hədəf alan heç bir təhdid qeydə alınmayıb. 2022-ci ildə İraqda müasir hava hücumundan müdafiə sistemi istifadəyə veriləcək”, - general-leytenant bildirib.