​“Koronavirusun beşinci dalğası sonuncu ola bilər”

​“Koronavirusun beşinci dalğası sonuncu
10:20 03.01.2022
A- A+

Koronavirusun beşinci dalğası Fransada sonuncu ola bilər.

SÜLH.İNFO.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Journal du dimanche" qəzetinə müsahibəsində Fransanın səhiyyə naziri Olivye Veran bildirib.

Nazir yeni COVID ştammının çox yoluxucu olduğunu qeyd edərək, ölkədə yoluxmanın günlük artımının 250 minə çata biləcəyini proqnozlaşdırdığını xatırladıb.

Veranın sözlərinə görə, onun proqnozu demək olar ki, özünü doğruldub. Belə ki, 2021-ci ilin son günündə Fransada 232 min yoluxma halı qeydə alınıb.