"Barselona" La Liqada 19-cu tur oyununa çıxıb.
SÜLH.İNFO.az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Malyorka"nın qonağı olub. Matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Malyorka" - "Barselona" - 0:1
Qol: Lyuk de Yonq, 44
Bu qələbə ilə xalını 31-ə yüksəldən "Barselona" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Siyahıya 46 xalla "Real" başçılıq edir.