​Pentaqon başçısı koronavirusa yoluxdu

​Pentaqon başçısı koronavirusa
10:59 03.01.2022
445 Ölkə
A- A+

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

SÜLH.İNFO.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini hiss etdiyindən müvafiq test verib ki, onun da cavabi müsbət olub.

"Simptomlarım yüngüldür, həkim göstərişlərinə tam əməl edirəm", - deyə Ostin bəyanatında bildirir.

O, növbəti beş günü özünü evdə təcrid edəcəyini və lazımi tədbirlərə distant şəkildə qoşulacağını söyləyib.